Bu həftəki yazımı Azərbaycanın tanınmış bəstəkarı, əziz dostum Ruhənqiz Qasımova’nın ad günü münasibətilə ona ayırıram.
…………………..
O səhər, 12 iyul səhəri… 9’za 15 dəqiqə işləyir. Zəngim vurdu. Telefondakı səs “indi siz bir ildə iki dəfəmi anadan olmusunuz?” Məndə… Hə, yox birinci anamdan olmamdı, ikinci isə hökümətdən doğulmamdı.
Biz onunla hər zaman belə zarafatlar edərik. Ruhənqiz xanımla o gün birdaha anadan oldum. Onunda ad günü 12 iyulda idi. Tanışlıqımız 12 il əvvəl olub. Hekayəsi uzundur.
O, Yeni Ulduz müsabiqəsində müsiflər heyyətinin üzvü idi. Mən o müsabiqəyə tamaşa edərkən, onun ordakı hazır cavab hərəkətləri diqqətimi çəkmişdi.
Məktub yazdım. Təvəzökar, mənə zəng vurdu. Neçənci il idi? Vacib deyil. Amma bunu da nəzərə salım ki, dostluqumuz ildən ilə artdı.
Ruhənqiz xanım kimdi? Azərbaycan üçün nə önəm daşıyır? Sizə bunu anlatmaya Azərbaycan Türkçəm kifayət etməz. Həm də bunu Azərbacan’a anlatmaya düzgün olar mı?
Yalnız bunu deyə bilərəm ki, o Azərbaycan’ın xoşsöhbəti, anacanıdır.
Onunla tanış olduqdan üç il sonra, onun yubileyində üz üzə gəldik. Elə bil çoxdan birbirimizi tanıyırdıq. Yubileyində çox adam var idi. Zal dolu idi. Çox təəcübləndim. Onun Azərbaycan’da bu gədər sevildiyini təxmin etməmişdim. Məclisdə çıxış etdim.
Dedim ki,
“Ruhənqiz xanım çox alçaq könüllü bir sənətkardı. Bu sözü söyləyəndə zaldakı insanlar gülməyə başladı. O an səhv bir söz dediyimi anladım. Bir dilin iki fərqli ləhçəsi arasında bəzən belə gülməli məqamlar ola bilər. O an dönüb Ruhənqiz xanıma baxdım.
O, səhvin fərqində idi və ciddiyətini qoruyurdu. Arxayın oldum.
Məclisdə özəlliklə bunu dedim,
“Ruhənqiz xanım mənim həyat müəllimimdi. Dost olmaq üçün yaxın olmaq vacib deyil. Ruhənqiz xanımdan əsas bunu öyrəndim. Bu gədər kifayət deyilmi?”
Dostluk asan anlata bilinəcək bir şey mi? Yıxılıb, onurqa sümüyüm sındıranda, məni ilk arayan dostlarımdan idi. Mənə görə bir qulluq? Deyənlərdən idi. Həmdə dəfələrcə. Bir əziz dostumun toyunda külfətə girənlərdəndi. Həmdə bu mənim vəfa borcumdu deyərək.
Məndə gürur duydum ki, ona toya getməyə istəyimin cəsarətini göstərdim. Daha nə deyim? O mənim çox istədiyim və hörmət etdiyim ailə dostumdu. O, Azərbaycan’ın təvəzökar Ruhənqiz Xanımıdır.
Hörmətli Ruhənqiz Xanımımız, Allah sənə həyat yoldaşın Vasif bəylə, övladlarınla, nəvələrinlə və bütün dostlarınla uzun ömürlü, can sağlıqlı və xoşbəxt günləri yaşamaqı nəsib etsin.